adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Yanvar 2022 13:37
296
GÜNDƏM

Yayılan iddialar əsassızdır -DİN-dən rəsmi AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Adalet.az-a bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır:

"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.

Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - E.Hacıyev deyib.