adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2025 19:00
60
GÜNDƏM
A- A+

Yeni icra başçısı kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Adalet.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.İbrahimov ona göstərilən etimada görə minnətdarlıq edib.