adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2022 00:09
228
HADİSƏ

Yol polisinin avtomobili YANDI

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilin mühərrikində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla "Mercedes" markalı avtomobildə olan yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

Araşdırma aparılır.