adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 May 2022 11:57
392
DÜNYA

Yunanıstan  ağalarına Türkiyədən şikayət edib

ABŞ -da səfərdə olan Yunanıstanın baş naziri Kiriakos Mitsiotakis, prezident Co Baydenlə görüşdə Türkiyədən şikayət edib.

Bu barədə Yunanıstanın hökumət mənbələri məlumat verib.
  
"Yunanıstan tərəfi Vaşinqtondakı səfərinin  ilk gününü  proqrammından çox razı qalıb. ABŞ prezidenti ilə görüşün atmosferi yüksək səviyyədə keçib. Co Bayden Şərqi Aralıq dənizi problemlərindən kifayət qədər məlumatlıdır və bu məsələyə diqqət ayırır. Onun,  eyni zamanda Yunanıstana isi münasibəti var"- deyə AMNA agentliyi yaydığı məlumatda bildirilir.
  
Agentliyin məlumatına görə, Yunanıstanın baş naziri, bu regionda "Türkiyənin təxribatları" barədə Baydenə geniş məlumat verərək, Türkiyə qırıcılarının mütamadi olaraq Yunanıstan adaları üzərindən uçuşlar həyata keçirdiyini bildirib. "Türkiyənin təxribatlarl Aralıq dənizində  təhlükəsizlik  problemləri yaradır"- deyə agentlik əlavə edib.

 Baş nazir, ABŞ konqressində çıxışı zamanı Türkiyəyə F-16 qırıcı təyyarələrinin satılması məsələsinin müzakirə olynmasını tələb edib. Lakin ona bildiriblər ki, bu tip məsələlər açıq müzakirə oluna bilməz.
 
"Skai"  telekanalı qeyd edir ki, Yunanıstan -Türkiyə münasibətləri son illər  ərazi mübahisələləri ilə bağlı gərginləşib. 2020-ci ildə hətta  vəziyyət üç dəfə silahlı qarşıdurma həddinə çatıb və Yunanıstan ümumi səfərbərlik etmək məcburiyyətində qalıb.
  
 Rüstəm Hacıyev