ABŞ-ın sizə qayğısı, qrantı, təlimi bizi üzmür, amma Libbinin 2 qərənfili sizi çartladır

118 | 2024-09-27 14:49

Ermənilər ABŞ dövlətini, dövlət başçısı Co Baydeni, eləcə də ABŞ konqresmenlərini o qədər özlərinə doğma hesab edirlər ki, o qədər onlara güvənirlər ki, okeanın o tərəfində Azərbaycana doğru atılmış kiçik bir addımı da baykot etməyi özlərinə borc bilirlər.


Məsələn , 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907 düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır.
Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutan bu sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.


ABŞ-ın 66 konqresmeni Nümayəndələr Palatasının Təxsisatlar Komitəsini Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırmağa, ABŞ-ın Ermənistana hərbi yardımını artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təxsisatlarını dayandırmağa və azərbaycanlı “hərbi cinayətkarlara” qarşı sanksiyaların tətbiqini araşdırmağa çağırması da yadımızdan çıxmayıb. Kaliforniyadakı Little Armeniya qəsəbəsi, hər bir ABŞ çtatındadı saxta erməni soyqırım abidəsi, hər bir ştatın saxta soyqırımı yalanlarını rəsmən tanıması və s.
ABŞ-ın ermənilərə qayğısı haqqında çox danışmaq olar.
Di gəl ki, bir adi ABŞ vətəndaşı, yaxud məmuru Azərbaycanın xeyrinə bir kəlmə işlədəndə ermənilərin şüvənliyi, hayı-küyü dünyanı doldurur. Həmin adam təcili surətdə bloklanır. Yəni, ya vəzifəsindən alınır, ya da iflic vəziyyətə düşür . Məsələn “Azərbaycanın və Türkiyənin dostu” ünvanını almış Nyu-York meri Erik Adamsa qarşı prokurorluq tərəfindən korrupsiya ittihamı, cinsi təcavüz ittihamı ilə istintaq başlanılıb. Guya bu yazıq mer 1993-cü ildə kimisə zorlayıb.

Uzun sözün qısası, düşmənimiz hər zaman oyaqdır və düşmənçiliyini edir. Adalet.az xəbər verir ki, bu dəfə erməniləri ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi hiddətləndirib.
Çünki o, Bakıda 44 günlük müharibənin qurbanlarının xatirəsini ehtiramla yad edib və Şəhidlər Xiyabanını ziyarət edib. Libbi açıqlamasında deyib:“Bu gün biz Azərbaycan və Ermənistan arasında on illərdir davam edən münaqişə zamanı həlak olan azərbaycanlıların xatirəsini ehtiramla yad edirik.

Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına sadiq qalır. Biz humanitar yardımı, minaların təmizlənməsini və regiondakı bütün xalqların rifahı naminə uzunmüddətli və ləyaqətli sülh sazişinə nail olmaq üçün səyləri dəstəkləməyə davam edirik”, – səfir Libbi bildirib.

Erməni mediası səfiri hədəf alaraq yazır”Maraqlıdır ki, 44 günlük müharibə günlərində başqa ölkələrlə yanaşı, Vaşinqtondan da Azərbaycana çoxlu pisləyici və etiraz çağırışlar edilib”
Görünən odur ki, Ermənistan istəyir ki, üzərində ABŞ pasportu gəzdirən hər kəs Azərbaycana qarşı 66 konqresmen kimi aqressiya sərgiləsin... Amma xüsusi polis alayı ABŞ, Aİ tərəfindən ayrılan qrantla idarə olunur və Zəngəzuru su yoluna döndərən ABŞ-ın Ermənistandakı səfiri K.Kuinin açıqlamaları bizi hiddətləndirmir. “Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanırıq” Ikibaşlı fikridə nə qədər əleyhimizə olsa da cavab vermədik...


Əntiqə Rəşid

TƏQVİM / ARXİV