adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS: AY OĞUL, BİZƏ ROBOTMU LAZIMDI?!

AQİL ABBAS
152868 | 2018-08-18 11:05

Saytlar vurhavuryazır , sosial şəbəkələrdə də qırğındı: Yasin Quliyev adlı müxtəlif çempionatların qalibi olan bir məktəbli robotdüzəldib Meksikada keçiriləcək dünya çempionatındayarışa qoşulacaqmış, amma gedə bilməyib.

Səbəbdə yol pulu tapa bilməyib. Özü də düzəltdiyi robot gündə bir maşın altında qalan küçə süpürgəçilərini əvəz edə bilərmiş. Qısası, robot uzaqdankomanda ilə zibilləri yığa bilir,küçələri süpürə bilir. Oğul, bax, sən bu robotu düzəltmisən, birdən hökumətin beyninə düşdü, bunun kütləvi istehsalına başladı, gör nə qədər süpürgəçini işsiz qoyasaqsan ey. Heç bunu fikirləşməmisən?!

Uşaq bu günlərdə bağlanan «İstək» litseyində oxuyurmuş.Elə yaxşı edib bağlayıblar o litseyi , uşaqların başınıgör nələrlə xarab eləyirmişlər ey, robot, dron, kompüter, yox bir hülü şəftəli…

Başına dönüm, ay Yasin bala, neynirsənbaşını xarab edib ağlını robotdüzəltməyə sərf edirsən. Səhər də bir az irəli gedib atom bombası düzəltməyəkeçərsən , ABŞ da hirslənib bizi İranın gününə qoyar.


Başına dönüm, Yasinbala, robot-mobot boş şeydi, get düz-əməllibir işlə məşğul ol. Güləşə get, futbola get, yüngül atletikaya get, gimnastikaya get, görmürsən bu saatidmançı çatışmadığına görə bir ətəkpul verib hətta gedib Mozambikdən tapıb gətiririk. Odur ey, Mozambikdən uzununa hoppanan şokolad kimi bir atlet gətirmişik, familiyası da Babayev. Get idmanla məşğul ol, ad-san, şöhrət, ev,maşın,axşamlar da şəhərin barları, yoxsa gedib robot düzəldirsən.

Özüdə bu yayın cırhacırında nə var o uzaqMeksikada? Dədəndən bir az pul al, özünü ver Nabrana, Qubaya, Qəbələyə, get, biraz başın açılsın, ruhun təzələnsin. Bu robot-mobot beynini də xarab eləməsin.

Yada ərəbcə öyrən, odey şəhər doludu ərəb turistlərlə, onlara tərcüməçilik edib gül kimipul qazanarsan, dədəngilə də bir xeyirindəyər. Yoxsa robot?

Başınadönüm, ya da əlinə bir qaval götür, vsyo.Səsin yoxdusa da kompüterlə düzəldərlər. Odeyteleviziyalarda doludu səsi olmayanmüğənnilər. Yoxsa robot? Canları çıxsınbelə boş-boş, mənasız işlərlə qoy o qıyıqgöz yaponlar məşğul olsun. Odur ey, qardaşTürkiyənin başı qarışdı robot düzəltməyə, indi Allahın kartofunu da Suriyadan alırlar.

MirzəƏləkbər Sabirə qulaq asmayıb uşaqları eləyirlər dəngəsər, o da gedib robot düzəldir.

Sağolsun Yasin balamıza yol pulu verməyən əlaqədarnazirliklər ki, uşağı vaxtında axmaq-axmaq işlərdən çəkindirə bildilər.

Vəsonda. Ölkə adına ayıb olan bir iş.

P.S.Yasin bala, bu əminin bir zarafatıdı, sən yolundan dönmə.Kim bilir, bəlkə sabah göyə uçurdacağımız peykləri sən və sənin dostlarınyaradacaq! Tanrı səni və sənin kimi övladlarımızıqorusun!


TƏQVİM / ARXİV