adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS: ZALIM DOSTLARIN, ZALIM QARDAŞLARIN QARDAŞI «DRAKON»

AQİL ABBAS
78176 | 2018-02-07 10:02

Bu yaxınlarda Qarabağ müharibəsinə,Qarabağ faciəmizə həsr olunmuş «Geyilməmişayaqqabılar» filmi ilə kino mədəniyyətimizdə bir yeniliyə imza atmış rejissorRza Rzayev Bakı şəhərindəki 220 nömrəli məktəbdəbaş verən neqativ hadisə iləbağlı sosial şəbəkədə bir yazı paylaşmışdı. Və bir neçə mətbuat vasitəsi də həmin tənqidi yazını dərc eləmişdi.Yazıda ciddi faktlar vardı və bu faktların da həm Təhsil Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindənaraşdırılması gərəkirdi. Yəqin ki dəaraşdırılacaq.

Və ikigündü həm qəzetlərdə, həm saytlarda, həm də sosial şəbəkələrdə RzaRzayevin 220 nömrəli məktəbin direktoruilə xoşagəlməz bir görüşü tirajlanıb. Və baxıram, sosialşəbəkələrdə də xüsusi qruplar tərəfindənbu tanınmış rejissor linç edilir.İnsanların içində kimlərəsə və nələrəsə olan kin, nifrət hamısı Rzanın üzərinəpüskürüb. Sosial şəbəkə qəhrəmanlarının əlinə yeni bir söyüləsi, təhqir olunası, linç ediləsi bir ziyalı düşüb.

Dostumuzun həmin hərəkətinə haqqqazandırmaq fikrim yoxdu. Çünki heç gözləmədiyim,nəinki mənim, eləcə Rzanıyaxından tanıyan dost-tanışların, hətta Rzanı sevməyənlərin də ağlına gəlməzdiki, Rza kimisə təhqir eləsin və yaxudkimisə hədələsin. Və hamı da məsələyə birtərəfli yanaşır. Məsələnin altqatı heç kimi maraqlandırmır.

Rzanı mətbuatda dərc olunan məqalələrindəntanıyırdım, şəxsi tanışlığımız yox idi. Tale elə gətirdi ki, «Dolu» filmi çəkilərkən bir kollektivdəçalışmalı olduq. Üç-dörd ay, demək olarki günorta-axşam, bir yerdə çörək yedik. Dəfələrlə həm kino çəkilişi zamanı, həm də çəkilişdənsonra ölkənin regionlarına birgə səfərlərə çıxdıq, həm də yol yoldaşıolduq. Deyirlər qardaşın necə adamdı,deyir yol yoldaşı olmamışam, bilmirəm. Mən də Rzanı yol yoldaşlığında tanıdım.


Bu boylu-buxunlu, bir az da kor-kobudgörünüşlü adamın necə incə qəlbəsahib olduğunu, uşaq kimi saf və təmiz , kövrək olduğunu onunla yarımcasaat söhbət eləyəndə görmək olar. Mən həyatımdabu qədər utancaq bir insan görməmişəm.Onun yanında kimsə kobud, yaxud xoşagəlməz birifadə işlədəndə Rza qızarır.

Mən həddindən artıq zarafatcıl, lətifədanışmağı, bir qədər açıq-saçıq danışmağıxoşlayan adamam. Yəni dostlar arasında qoruq-qaytağı elə gözləmərəm.İlk tanışlığımız gündən hiss elədim ki, mənim bir qədər açıq-saçıq danışmağım,latayır lətifələrim Rzaya heç xoş gəlmir. Bəzən hərdən məclisi tərk edirdi, bir az meşədəgəzişirdi, sonra qayıdırdı.

Kinoişçiləri də həddən artıqzarafatcıldılar, açıq-saçıq danışmağı, etikadan kənar lətifələrsöyləməyi xoşlayarlar. Ümumiyyətlə, yaradıcı adamların90-95 faizi elə belə olur, yəni çərçivələrə sığmırlar. Rza tamamilə fərqliydi. Həddindənartıq yüksək bir mədəniyyətə malik idi.Mən onun yüksək mədəniyyətinə və tərbiyəsinə heyran qalmışdım. Yəni indiki zamanda saflığını və təmizliyiniqoruyub saxlamaq çətin məsələdi. Rza onuqoruyub saxlaya bilib. Həttazarafatla deyirdim ki, "Rza,həddən artıq mədəniyyətli olmaq özü birmədəniyyətsizlik əlamətidi. Gülürdü.

Rzanı tanıyanlar çox gözəl bilir ki,bu günədək onun dilindən bir kor-kobud sözçıxmayıb. Kimisə nəinki təhqiretməyib, heç xətrinə belə dəyməyib.

ÖzünüÜmummilli Lider Heydər Əliyevinbir əsgəri sayan Rza həm də dövlətçiliyimizinyolunda,torpaqlarımızın uğrunda filmdə deyil, həyatdacanından keçməyi «uf» demədənbacara bilən bir şəxsiyyətdi. Eləcə də dost yolunda, hətta küçədə tanımadığı bir insanınyolunda da özünü qurban verməyibacarır.

Bəs necə oldu ki, belə birmədəni, saf, təmiz insan bir məktəbə gedir, məktəbin direktorunu təhqiredir və ya hədələyir?Deməli, buna nə isə bir səbəb olub. Bunun özülündə bizim bilmədiyimiz və təxminənhiss elədiyimiz bir səbəb yəqin ki var. Heç kəsi alt qat maraqlandırmır, səbəb maraqlandırmır. Çünkihəmin o alt qat və səbəb Rzanı sosialşəbəkələrdə linç edənlər üçün lazım deyil. Heç bir kəs durub durduğu yerdə belə bir hərəkətə yolverməz, onda ki Rza kimi bir mədəni, tərbiyəliadam ola.

Bir dahadeyirəm, Rzanın hərəkəti xoşagələndeyil, amma görən kiminsə əzizi hər hansı bir haqsızlıqla, təhqirlə, xoşagəlməzbir hadisəylə qarşılaşarsa həmin kimsələr özlərininecə aparar? Deməli,Rzanı təbdən çıxaran ciddi bir hadisə baş verib ki, o da belə bir xoşagəlməz hərəkətedib. Və bu hərəkətləri nələrisə yeməyibacarmayan hər kəs edə bilər. Qanunu heçə sayanadamlar haqlıları haqsız duruma salır.

Rza elədiyi hərəkətə görə lap qanun qarşısında qoy cavab versin. Amma onu bu hərəkətə sövq edənlər dəyaxalarını kənara çəkə bilməzlər. Bu məsələyəqanun çərçivəsində baxılarsa, elə birinci Rzanın qələmə aldığı və faktlara söykənən məsələ araşdırılmalıdır. Həm TəhsilNazirliyi tərəfindən, həm dəhüquq-mühafizə orqanları tərəfindən.

Rza da yəqinki, hər hansı bir cəzanı məmnuniyyətlə qəbuledər.

Vaqif Cəbrayılzadəninçox gözəl bir şeiri var: «Ax, zalım dostlar, zalım qardaşlar». Bu yazıda onu dərcetmirəm, başqa vaxt ayrıca birinci səhifədədərc edəcəm.

Ax,zalım dostlar,

zalımqardaşlar,

fələyinzülmünə düşəndən bəri

kimin nəvecinə ki

anamın əziziyəm,

kimin nəvecinə ki…

anam yalvarırgöyə…

Qalanıda qalsın başqa vaxta.


TƏQVİM / ARXİV