adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Baydenin oğlunun şübhəli sövdələşmə əməliyyatları - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
453 | 2023-01-12 10:07

ABŞ-ın Nümayəndər palatasına nəzarət edən respublikaçılar, Maliyyə nazirliyindən Co Baydenin oğlu Xanterin və digər ailə üzvülərinin şübhəli sövdələşmə əməliyyatlarını araşdırmağı tapşırıb.

 Bu barədə məlumat verən Bloomberg bildirir ki, respublikaçıların nəzarəti altında olan hökumətdə reformaların aparılmasına nəzarət komitəsi, Baydenin oğlunun çirkli sxemlərlə bağlı əlaqələrini yoxlamağı planlaşdırır. Xüsusilə, Baydenin vitse-prezident olduğu dövrlərdə oğlu Xanterin Ukrayna və Çindəki çirkli  biznes- sövdələşdirmələrdə  iştirakına aydınlıq gətiriləcək.

Komitəyə rəhbərlik edən  Ceyms Komer bəyan edib ki, maliyə nazirliyinin əlində ən azı Bayden ailəsinin şübhəli maliyyə aktivləri barədə hesabat sənədləri var. "Amerikan xalqı Co Baydenin ailəsinin şübhəli biznes sövdələşmələrindən  xəbəri olmalı, həmçinin bu əməllərin milli təhlükəsizliyə nə dərəcədə zərbə vura biləcəyinə aydınlıq gətirilməlidir"- deyə Komer bildirib.

  Konqressmen maliyyə nazirliyindən tələb edib ki, yanvar ayının 25-nə kimi əllərində olan bütün sənədləri təqdim etməyi və bununla yanaşı Xanter Baydendən izahat alınması üçün nazirliyə dəvət olunmasıını da istisna edməyib.

  Konqressmen Mayk Ternerin fikirincə, Baydenin vitse-prezidentliyi dövründə əldə olunan sənədlər milli təhlükəsizliyin pozulması faktına  potensial şahidlik edə bilər, xüsusilə prezident yazışmalarında şpionaj faktlarının olması ilə bağlı məsələ aşkarlana bilər.

  P.S. Belə yerdə deyirlər ey, "Öz gözündə tiri görmür, başqalarını  gözündə çöp axtarır".


 

TƏQVİM / ARXİV