Çimərlik voleybolçularımız Ermənistan təmsilçilərini məğlub ediblər

81 | 2024-09-27 14:05

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər.

Voleybol Federasiyasından Adalet.az-a verilən məlumata görə, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.

Komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.

Qeyd edək ki, voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

TƏQVİM / ARXİV