Dəfələrlə bayrağımıza təhqirin bədəlini ödəyiblər,  yenə dərs olmadı...

118 | 2024-09-27 10:44

Bildiyiniz kimi, bu gün 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür. Anım Günü hər il müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir.

Qarabağın işğaldan tamamilə azad olması prosesinin başlandığı həmin gündən antiterror əməliyyatı bitən günə qədər canını vətən üçün qurban vermiş bütün şəhidlərimiz anılır.
Bu müqəddəs və ədaləti müharibənin sayəsində Qarabağda bir nəfər olsun erməni separatçı, terrorçu qalmadı. Özünü Qarabağa layiq bilməyənlər, Qarabağın əbədi sahibləri ilə yaşamağa utanan ermənilər könüllü şəkildə Ermənistana köç etdi.
Azərbaycanın bu uğuru təbii ki, bizə bütün dönəmlərdə düşmənçilik etmiş erməniləri kədərə qərq edib.
Gecə saatlarında bir qrup revanşist və nifrət dolu xislətli ermənilər İrəvanın mərkəzi meydanı olan respublika meydanına toplaşaraq nifrət nitqləri söyləmiş , avtomobillərinin arxasına Azərbaycan və Türkiyə bayraqlarını bağlayaraq yerlə sürüyərək Yerablur hərbi pantenonuna yürüş ediblər.

Xatırlayırsınızsa, ötən ilin aprelində İrəvanda Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı oldu. Azərbaycan üçüncü ölkə elan edildi. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırdı və zaldan . Azərbaycan dövləti və Azərbaycan ordusu bu rəzilliyi ermənilərə bağışlamadı. Bu hadisədən bir neçə ay sonra - 19 sentyabrda anriterror əməliyyatı elə bu rəzilliyə ətraflı cavab oldu. Uzun sözün qısası, bir ölkənin dövlət atributları ilə oynamaq böyük risqdir. Hələ bunu başqasına edən məğlub ölkədirsə, "faciəniz lap yaxındadır" deməkdir  


Sosial şəbəklərdə paylaşılan həmin məqamları diqqətinizə çatdırırıq.

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV