adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

GÜNƏŞİN NARA BƏNZƏDİYİ HƏMİN O SƏHƏR...

MƏZAHİR ƏHMƏDZADƏ
72923 | 2016-11-08 17:38

Bir aya yaxındır ki, yağır, yağır, elə hey yağır... Gah soyuq çiskin,gah selləmə yağış... Azacıq ara verəndə də göylər boz-qara buludları iləqaş-qabaqlı, çöllər, bağ-bağçalar - hər tərəf günəşə həsrət!

Ancaq... Bu səhər bir başqa səhərdir deyəsən. Mən bu səhəri doğma Göyçayda qarşılayıram. Noyabrın5-dir, ilıq, gözəl bir payız səhəridir. Yəqin Tanrı öz möcüzə meyvəsinə, meyvələrşahına hədiyyə edib bu xumar səhəri, günəşli səhəri.

Haralara getmişdin, ayGünəş?

... Adını min illərinuzaqlığından yol gələn o göy sulu çaydan alıb bu yerlərə işıq salan şəhərim!Qarşı dağlardan mavi bir xəyal kimi görünüb də büsatına sığal çəkən bu nəğməkarçay doğmaca anandır sənin şəhərim, alıb qoynuna...

Sabahin xeyir, gözəl şəhərim,şirin şəhərim, gün aydın olsun! Sənə sözüm var, sevgili Göyçayım! Bax, sən buçayın, mən də sənin oğlunam axı. Ağlım kəsəndən sənin aşiqin olmuşam, səni dəlicəsinəsevmişəm, anam Göyçayım. Qəlbimin döyüntüsünü eşidirsənmi, doğma şəhər?.. Səninbu bayram büsatını görüncə ürəyim atlanır, uşaq kimi sevinirəm. Göylərə ucalanxan çinarların, qız kimi nazlanan telli qovaqların, izdihamlı küçə vəmeydanların, park və bağların, yaraşığın, əzəmətin və zəhmətkeş, fədakar, vətənpərvərsakinlərin... bir gözəl bayramın eşqinə tutulub. Bütün bunlar sənə necə dəyaraşır, ümidlərimin şəhəri!

Bu bir bayramdır,dünyada yalnız Azərbaycana, vətənin bir parçası olan Göyçaya bəxş edilmişbayram... Dünyada tayı-bərabəri olmayan Göyçay narının, meyvələr şahının şərəfinədüzənlənən el şənliyidir bu.

Düz 11 ildir bu bayram, bu Nar festivalı beləcəGöyçayın sevincinə sevinc qatır, onu daha böyük zirvələrə səsləyir.

Bu il bir az fərqlidir;daha mükəmməl, daha füsünkardır Göyçayın Nar bayramı. Səbəbsiz deyil. Son 6-7ayda Göyçay rayonunda tikinti-quruculu və abadlıq işləri, eləcə də müasirləşmətədbirləri intensiv xarakter almaqla sanki bir yaradıcılıq nümunəsinə çevrilməkdədir.Hamısını sadalasam uzun çəkər. Ancaq bir faktı diqqətə çatdırmasam, müəyyənprinsiplərə görə jurnalistikanın özü də uduzar mənim bu fərdi yanaşmamda.Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin rayona rəhbərliketdiyi qısa vaxt ərzində bir çox məsələlərin həlli ilə yanaşı, 2500 yerlik şəhərstadionunun yenidən qurulub idmançıların və tamaşaçıların ixtiyarına verilməsio qədər də asan və sadə bir məsələ deyil. Bu mənada ki, stadion onillərdir(!!!) natamamlığın xoşagəlməz mənzərəsi idi. Bəlkə də çoxları bilmir, ancaq buda xoş bir təsadüfdür ki, Göyçayın bu şəhər stadionu düz 60 il bundan əvvəltikilib istifadəyə verilmişdir. Yubileyilində rayon rəhbərliyinin gənclərə, idmançılara gözəl hədiyyəsidir bu yaşılarena. Yaxınlıqdakı yenidən qurumluş Əli Kərim parkı da eləcə...

Bax, bu dəfəki Narbayramının da stadionda mərkəzləşməsi ssenari və quruluşda müəyyən yenilikləredilməsini zəruriləşdirdi, bir çox məqamların daha effektli görüntüsü üçün ahəngdaraura yaratdı. Beləcə bu şirin bayrama qovuşub ("şirin" sözü burada həmdə birbaşa məna daşıyır: Göyçay narı, şirəsi və şərabı şirin dadır, qonaqlara təklifolunan nardança, narlı şirniyyatlar, qutablar, digər məmulatlar...), bu gözəlanların sevincini yaşayıb vaxtın necə ötüb keçdiyini hiss etməzsən. Ancaq sənistədin-istəmədin vaxt da dayanmır, onda qala maraqlı anlar bir-birini əvəz edə.Təkcə xatirələrdən başqa... Bəlkə də bəşəriyyətin kino, televiziya, internetixtirası elə insan təfəkkürünün bu nöqtəsindən başlayıb. Çünki mən indi heç birsənədli filmə, digər görüntülərə baxmadan, təkrar-təkrar seyr etmədən rahatca xəyallarımlaötən illərə qayıda bilərəm.

Ancaq gəlin, yenidən bugünkü bayramımızı yaşayaq, bu günkü sevinclərə qoşulaq. Gəlin... Axı bütünbunlar ölkədə aparılan quruculuq işlərinin, sosial-iqtisadi inkişafınsevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik, yüksəliş bayramı kimiyaddaşlara köçür. Ulu öndər Heydər Əliyevin Azərbaycanımızın xoş gələcəyi üçündüşündükləri, arzuladıqları bu gün ölkə boyu reallaşırsa bayramların da dəyərivə qüruru artır, simvolik xarakter daşımır, daha firavan günləri nişan verir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili vəxarici siyasətin nəticəsidir ki, ölkəmizin inkişafı, yüksəlişi fonunda sevincdolu belə bayramları yaşayır və iftixar hissi keçiririk.

Budur, yüzlərlə qonaq,onminlərlə rayon sakini, iştirakçı, tamaşaçı... Nar bayramı meyvələr şahınıGöyçayın simvolik anlamından da yüksəkliyə qaldırır, şöhrətləndirir. Nar buyurd üçün sanki özünəməxsus ruhundan da ayrılıb daha geniş, daha əzəmətli mənadaşıyır.

... Şəhər əhalisi,rayonun yaxın-uzaq kəndlərindən gələn dəstə-dəstə sakinlər Göyçayı bütün dünyadaməşhurlaşdıran, eləcə də AzNar şirkətinin bütün mənalarda brendinə çevrilərəkyüksək keyfiyyətli məhsulları ilə bir daha tanıdan bu möcüzə meyvənin şəninə,şöhrətinə üz tutublar. Şəhərin giriş qapısından stadiona kimi bütün küçə vəmeydanlar nəhəng izdihamı xatırladır. Sakinlər respublikamızın şəhər vərayonlarından gələn nümayəndələri, ayrı-ayrı ölkə səfirliklərinin məsul şəxslərini,nazirlik və komitələrin yüksək vəzifəli təmsilçilərini, Milli Məclis üzvlərini,mədəniyyət və incəsənət xadimlərini, mətbuat nümayəndələrini və digər dəvətliləriqonaqpərvərliklə qarşılayırlar. Stadionun giriş qapısında məktəblilər qonaqlarıAzərbaycan, rus və ingilis dillərində salamlayırlar. Qonaqlara məcməilərdə narşirəsi paylanır, şeirlər söylənir, nəğmələr oxunur. Bütün bunlar hər tərəfdənlentə alınır. Foto-muxbirlər də öz işlərində...

Tribunalarınyaxınlığındakı geniş meydanda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəqonaqları, bütün bayram iştirakçılarını salamlayır. O, çıxışında rayonunsosial-iqtisadi və mədəni yüksəlişinə xüsusi qayğı və diqqət göstərən AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev cənablarına göyçaylıların hədsiz minnətdarolduğunu bildirir.

... Stadionuntribunaları, stadionun ətraf meydanları bayram iştirakçılarının çoxluğundan vəsevincindən aşıb-daşır. Musiqi kollektivlərinin, rəqs qruplarının çıxışlarıbir-birini əvəz edir. Nar masalarına, digər guşələrə tamaşaçı marağı həmişəkikimi böyükdür.

Bayram tədbirləri davamedir. Eyni vaxtda proqrama uyğun tədbirlər sinxron şəkildə tamaşaçıların bayraməhval-ruhiyyəsini daha da yüksəldir.

Futbol meydanının kənarıboyunca 500 metrlik məsafədə sıralanmış sərgilərin qarşısı daha izdihamlıdır.Burada kəndlərin, müxtəlif idarə və müəssisələrin nar meyvəsi ilə bağlı sankiyaradıcılıq yarışı keçirilir. Bir-birindən gözəl və maraqlı eksponatlar. İcrabaşçısı Mehdi Səlimzadə əsl ev sahibi, qonaqpərvərlik nümunəsi göstərir. O,xarici ölkələrdən, paytaxtdan, respublikanın digər şəhər və rayonlarından gələnləridəstə-dəstə həmin sərgilərə dəvət edir. Buradakı təamlardan dadmağı, lap eləistəkcə yeməyi məsləhət bilir. Bayram bayramdır, ancaq ev yiyəsi missiyasını dabaşçı çox sadə və həssas bir yanaşma ilə davam etdirir, hamıda sərbəstlik,mehribanlıq əhval-ruhiyyəsi yaradır.

Baxırsan ki, hər tərəfal-əlvandır. Təmtəraq və zövq bütün iştirakçıların ürəyincədir. Bayramın bütünatributları həm ənənələrə, həm də müasirliyə yönəlik düzəndədir. Stadion və ətrafı,şəhərdəki qələbəlik şahanədir. Eyni zamanda musiqi sədaları, təmkinliiştirakçılıq, birgə sevinc paylaşımı... Daha bayram necə olmalıdır ki?! Onda qala başındakı tacı bərq vuran şəhzadəninbayramı!

P.S. Nar haqqında əfsanəvi bir məluma

tı da xatırlayaq bubayram günündə. Yunan mifologiyasında nar allahların ən sevimli təamı idi. Buda çoxlarını narın ölümsüzlüyə apardığına inandırırdı. Əkinçilik ilahəsi olanPersofona isə narın dənələrini Aid (Hades və ya Pluton - qədim yunanmifologiyasında yeraltı dünya və axirət allahı. Kronsun və Reyanın oğlu,Zevsin, Demetranın qardaşı) şəklində göstərmişdi. Qiymətli daş-qaşa bənzəyən bualqırmızı meyvəni daddıqdan sonra Persofona onu götürür və bununla da özünü birmüddət Aidin yeraltı səltənətində qalmağa məhkum edir. Qədim yunanlar ilk narağacını Kipr adasında sevgi ilahəsi Afroditanın yetişdirdiyinə inanırdılar.

İndilərdə isə Çində evlənəngənclərə xeyir-dua niyyəti ilə toyda şirin nar dənələri yedizdirirlər. Yetişmişnarın təsvir olunduğu şəkil (tablo) isə ən yaxşı toy hədiyyəsi hesab olunur.


























TƏQVİM / ARXİV