Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Divanlar kəndinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 7052 ədəd çətənə kolu yandırılaraq məhv edilib.