adalet.az header logo
  • Bakı 12°C

Reportaj

VÜQAR ABBASOV
68628 | 2018-09-04 16:53

Salam, öz işlərinibir kənara qoyub, diasporun"oyunlarını", fəaliyyətini izləyənəziz oxucular. Salam, .... . Bir sözlə,salam, bütün oxucular. Hər biriniziAAK-ın (Avropa AzərbaycanlılarıKonqresi) stadionundan salamlayıram.Kompüter və klaviaturalarımız AAK-ın stadionunda birləşdirilib. Klaviatura arxasında mənəm, Vüqar Abbasov.

Bugünküreprotajın sizlər üçün maraqlı olacağına ümid edirəm. Hesab edirəm ki,meydandakı oyunçuların adları sizlərə tanışdır. Hazırda meydanın bir tərəfində Sahil (Qasımov) vəonun komandasını, qarşı tərəfdə isə Füzuli (Məmmədov) və onun komandasını görürsünüz. Sahil Qasımovun kapitanı olduğu komandaqıpqırmızı geyimdə, Füzuli Məmmədovun kapitanı olduğu komanda isə gömgöy geyimdədir.Komandaların oynayacaqları meydan yamyaşıldır. Komandaların geyimlərinin rənglərivə meydanın yaşıl örtüyünün kombinasiyası bizə çox yaxın və doğma bayrağımızın rənglərinixatırladır, ancaq bu gün o barədə söhbət açmayacağıq. Ona görə ki, bu oyunda söhbət bayraqdan getmir.

Komandaların məşqçilərinimeydanın kənarında görmək olmur. Deyəsən,onlar özlərini tamaşaçılara göstərmək istəmirlər. Ancaq təbii ki, həriki komandanın məşqiçi heyətihaqqında müəyyən fikirlərimizvar. Görünür ki, komandalar oyuna çıxmazdan öncə məşqçilərindən lazım olan təlimatlarıalıblar. Məşqçilərlə bağlı məlumatları dəqiqləşdirməyəvə növbəti reportajlarda sizlərə məlumat verməyə çalışacam.

Bəli, hər iki tərəf isinməhərəkətləri etməkdədir və mən dəbundan istifadə edərək sizlərə bir qədər məlumat verim. Qəribədir ki, meydanda hələlik top yoxdur və oyunçular isinmə hərəkətlərindənçox pıçapıçla məşğul kimi görsənirlər.Görünür "pıç-pıç" da bu oyunda vacib olan məqamlardandır.Komandalar öz kapitanlarına güvənirlər; Sahil Qasımovun komandası onun bu cür oyunlardakı təcrübəsinə, Füzuli Məmmədovunkomandası isə onun DİPLOMATiyasına güvənir.Qeyd edək ki, indiki vaxtda təcrübə nə qədər önəmli olsa da, DİPLOMATiya da çox vacib məqamlardan hesabedilir. Yaxın günlərədək hər iki kapitan bir komandada oynayırmışlar kimi görsənirdilər. Qıpqırmızı geyimdə olanoyunçular bir-birlərini yaxşı tanıyırlar, onlar üçün bir-biri ilə paslaşmağınrahat olacağını düşünürəm. Gömgöy geyimdə olan komanda isə daha çox legionerlərdən ibarətdir.

Oyuna hakimlik edənin adı açıqlanmır, ancaq hakiminkimliyini təxmin etmək o qədər də çətin deyil. Vaxtilə bütün hakimlər briqadasıqırmızı, daha doğrusu, qıpqırmızı geyinənlərin yanında idilər, hakimlər heyətindəbaş vermiş dəyişikliyə görə durum hazırda fərqlidir. Hələlik baş hakim özmövqeyini bildirməyib, odur ki, hər iki tərəfinhəyəcanlı olduğunu görmək olar. Oyunu dünyanın dörd bir tərəfindən olansoydaşlarımız, əsasən də Avropada fəaliyyət göstərən bir çox diaspor təşkilat rəhbərləriizləyir. Tamaşaçılar da indilikdə hansı komandanın tərəfini tutduqlarını açıqbüruzə vermirlər. Hələlik eşidilən, mənim qulağıma çatan bir neçə səs olub ki,onların da səsi çox astadaneşidildi. Niderlandın Den Haaq şəhərindənİlhan Aşkın bir neçə dəfə "Füzuli, Füzuli" deyə səsləndi və sonrasusdu. Yenə də bu ölkədən, Niderlandın Şimalından Elxan Mirhəşimlinin səsinieşitdim, ancaq kimin adını çəkdiyini elə də yaxşı anlaya bilmədim. Digərləri isəsəssizcə oyunu izləməkdədirlər.

Budur, fitçalındı, oyuna başlamaq olar. Ancaq dayan, fit baş hakim tərəfindən verilmədi,səs tamamilə fərqli tərəfdən gəldi. Buna baxmayaraq oyun başlanıb və hakimlər deyəsən oyunu saxlamaq fikrində deyillər.Görünən odur ki, fit çalanın kimliyihakimlərə o qədər də maraqlı deyil, yaxud daartıq bəllidir. Hakimlərin susması məndə belə bir təəssürat yaradır ki,oyunun nəticəsi onlar üçün qaneedici olmazsa, "oyunu başlamaq fitini bizvermədik, siz başqa fitə oynadınız" deyəoyunun nəticəsini etibarsız elanedə bilərlər.

Aha, budur ilk zərbə(mənim gördüyüm, ola bilsin ki, bundan qabaq da zərbə olub) Füzuli Məmmədovdangəlir. Top (oxu: söz) sürətlə rəqibqapıya tərəf gedir. Sahil Qasımovun komandasından Elsevər Məmmədov (yarımmüdafiəçi)ayağını topun qarşısına qoyur (bu zərbəni gözləyirmiş kimi) və topun sürətini azaldır. Ancaq top qapıya tərəf getməkdədir.Füzuli Məmmədov zərbəni vurduğu yerdəntopun hərəkətini seyr edir. SahilQasımov (onu meydanın (özlərinə tərəf) həryerində görmək olur) topu qapımeydanında saxlayıb Vasif Muradlıya (onu da həm müdafiədə, həm də hücumda görməkmümkündür - AAK-ın Nəzarət TəftişKomissiyasının sədridir) ötürür. O da topu qüvvətli zərbə ilə meydanın əks tərəfinə, düz Füzuli Məmmmədovun üstünəvurur. Belə başa düşdüm ki, qırmızılar topu qapıya deyil, Füzuli Məmmədovunüzünə vurmaq istəyirdilər. Aha, burda kimsə cənfəşanlıq edərək özünü topunqarşısına atmağa çalışır, ancaq Füzuli Məmmədov buna imkan vermir. O da bu zərbəyə hazır kimi görsənir və bunagörə də topu sinəsi ilə saxlayır və komanda yoldaşlarına ötürür. Deyəsən göylərinkapitanı oyunçulara müəyyən göstərişlər verir və bəli, budur, bu da nəticə; göygeyimdə olanlar qarşı tərəfə ard-arda zərbələr vurmağa çalışırlar: bir zərbə,iki zərbə, üç zərbə, dörd zərbə və beləcə zərbələr davam edir. Qarşı tərəfdə bu zərbələrin qarşısını almağa vəvurulmuş topların bəzilərini geri vurmağa çalışır və vururlar da. Gördüyünüz kimi, qarşılıqlı zərbələr davamedir. Topun cəmi bir dəfə göylərin qapı tirinə dəydiyini nəzərə almasaq, oyunelə də maraqlı keçmir, hesabaçılmır. Tərəflərin heç biri digərkomandanın tərəfinə keçib hücum etməyə cəhd etmir (bəzən qarşı tərəfə, sanki kəşfiyyatagedirmişlər kimi, keçməkləri nəzərə almasaq), bütün toplar, ən yaxşı halda, mərkəzxəttin yaxınlığından vurulur. Füzuli Məmmədov oyunçularını nə qədər həvəsləndirməyəçalışsa da, onlar meydanın mərkəzindən o tərəfdə görsənmirlər. Hər iki tərəfmeydanın mərkəzini cəmi bir neçə dəfə keçib. Elə bil ki, hər iki komandanın üzvləri qarşı tərəfə keçəcəklərizaman rənglərinin dəyişəcəyindən ehtiyat edirlər.

Tərəfləroyunu maraqlı oynamağa çalışırlar, ancaqtamaşaçıların bir çoxunun yorulduğu, bezdiyi aşkar hiss olunur. Bəziləri meydandan çəkilərək "öz meydanına"yollanır. Bəziləri isə, məsələn, Kıbrıslıtamaşaçılardan biri haqlı olaraqbu oyundan bezdiyini açıq bəyan edir və görünən odur ki, belə gedərsə o da"öz meydanına" çəkiləcək.

Oyunda fasiləelan olunur. Tərəflər növbəti oyuna (zərbələrə)hazırlaşmaq üçün meydanı tərk edirlər vəbiz də reportajımızı burda saxlayırıq. Oyun boyu, hakimin fitinin səsinieşitmədik. Oyunun başından bəri hakiminbir əlinin cibində olduğunu görürdük. Hakimin cibindən ya fitini, ya sarı, yada qırmızı kartı çıxaracağını gözləsək də, hakim çox hövsələ ilə oyunu izlədi;nə arxadan badalaq vurana, nə üzbəüzşillə vurana, nə topa başla (heç deyilsə) deyil, əllə toxunana, nəyıxılarkən əlini atıb rəqib oyunçunun şortikini çıxartmağa çalışana və s. fitçalmadı, kart göstərmədi. Anlaşılan odur ki, tərəflərdən birinə qırmızı kartgöstərilməyənə qədər oyun, fasilələrlə olsa da, davam edəcək.

Bəli,reportajımızı burda saxlayıram. Ancaq sonda onu da qeyd etmək istəyirəm ki,oyun bir qədər daha uzansa və belə maraqsız getsə, meydanda nə oyunçu qalacaq,nə ehtiyat oyunçu, nə də meydana toplaşanlar.

P.S. Bu yazınıson vaxtlarda AAK-da baş verənlərə mənim kiçik,yumoristik, zarafatyana bir yanaşmam kimi qəbul edilməsini və adları çəkilənlərinbu yazını bir dost zarafatı kimi dəyərləndirmələriniistəyərdim. Hələlik zarafatyana, sonrasına "oyunun" gedişatındabaxarıq.


TƏQVİM / ARXİV