Rusiya İsrail raketlərini məhv etdi

70 | 2024-09-27 12:29

"Militari Watch Magazine"-nin mənbələrinə əsasən yaydığı məlumatlara görə, Rusiyanın Suriyadakı hərbi bazasının hərbiçiləri, bazanın yaxınlığında İsrailin atdığı 13 raketi zərərsizləşdiriblər.

 Qeyd olunur ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri, əvvəllərdə Suriyanın hava məkanlarına daxil olan İsrail raketlərini vurublar.

 Mətbu orqan bəyan edir ki, İsrailin hərbi hava qüvvələri Aralıq dənizi sahillərində yerləşən Tartus şəhəri ətrafındakı hərbi obyektlərə hücum edib. Bildirilir ki, Rusiyanın Suriyadakı hərbi bazalarından biri də bu ərazilərdə yerləşir. Hücumlar nəticəsində hər hansı bir zərərin  dəyməsi barədə məlumat verilməyib.

 Rüstəm Hacıyev

TƏQVİM / ARXİV