Rusiyanın üç sərnişin təyyarəsi təhdidlə üzləşdi

68 | 2024-09-27 15:24

Rusiyanın üç sərnişin təyyarəsi uçuş zamanı, eyni vaxtda təhdid xəbərdarlığı alıblar. Xəbərdarlıqlar ölkənin cənub regionları səmalarında uçuş zamanı radio vasitəsiylə edilib. Bu təhdidlərə baxmayaraq sərnişin təyyarəkəri sağ-salamat təyin olunmuş məntəqələrə eniş ediblər.

Qeyd olunur ki, xəbərdarlıqlar ingilis dilində səsləndirilib. Təhdid xəbərdarlığı ilkin olaraq Sankt-Peterburqdan Vladiqafqaza uçan,  "Pobeda" avia şirkətinə məxsus "Boeing 737-800 sərnişin təyyarəsinə, verilib. saat 12-30 radələrində nəməlüm şəxs ingilis dilində ekipaj üzvlərinə bildirib ki, "onlar qadağan olunmuş ərazini təcili tərk etsinlər, əks təqdirdə məhv ediləcəklər". 

 Daha sonra isə, daha iki sərnişin təyyarəsinə- Ufadan Mineralnı-Vodıya uçan, Superjet aviaşirkətinə məxsus sərnişin təyyarəsinin və Moskvadan Antaliyaya uçan,  "Aeroflotun" sərnişin təyyarələrinin ekipajına analoji xəbərdarlıq göndərilib. Bu təhdidlərə baxmayaraq hər üç təyyarə müvəffəqiyətlə getdikləri yerə eniş ediblər. Yəni bu dəfə baş verə biləcək böyük faciədən qurtulublar...

  Görməli günlərimiz hələ qabaqdadır...

 Rüstəm Hacıyev

TƏQVİM / ARXİV