adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Sillə, yoxsa sığal?! - Emin Piri yazır

Emin Piri
374 | 2022-01-17 15:37

Son günlər şagird-müəllim, tərbiyəçi bağça uşaqları arasındakı gərginlik kəsmək bilmir. Düzü, inanmıram ki, bu kimi şiddət olayları dünən baş vermiş olsun. O mənadakı həmişə olub. Sadəcə bu günlər texnoloji vasitələrin köməkliyi ilə üzə çıxıb.

Bu barədə çox yazılıb, çox müzakirə olunub. Bütün bu fonların qarşılığında bir xatirəmi danışmaq istərdim.

Bağçadakı tərbiyəçi yadıma düşür. Sumqayıtda, 18-ci mikrorayonda evimizin yanında yerləşirdi bağça. 19 yaşı vardı, nişanlı idi. Mənim də altı yaşım. Evdə bütün günü ağlayırdım ki, o müəlliməni mənə alın. Bağçada günortalar yatmırdım ki, başımı dizinə qoyum, saçımı sığallasın, sonra yatım. Yatmırdım deyə o da elə edirdi. Beləcə yuxu tuturdu məni.

Bağçanın çıxışına nişanlısı gələndə gedib təpik atmışdım, ağlamışdım. Sonra nişanlısı bağçaya bir də gəlmədi. Yəqin ki, qız demişdi. Bəlkə də ağlamayım deyə...

Nədənsə yadıma düşdü, tərbiyəçi mövzusu gündəm olduğu vaxtda...

Onun silləsi olmadı, amma sığalını da indiyə kimi unutmadım...

Belə də mümkündür, əzizlərim. Sillə, ya da sığalla yadda qalmaq sizin əlinizdədir.

TƏQVİM / ARXİV