"Türkiyə NATO-ya üzvlükdən imtina etmir" - Ərdoğan

68 | 2024-09-27 15:23

Türkiyənin BRİKS və ASEAN kimi təşkilatlara daxil olması “regionların arifmetikasını” dəyişəcək, lakin bu, NATO üzvlüyündən imtina demək deyil.

Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərlə söhbəti zamanı deyib.

"İnanıram ki, BRİKS və ASEAN-da mövcudluğumuz regionların arifmetikasını dəyişəcək. BRİKS və ASEAN bizə imkanlar verən strukturlardır, xüsusən də iqtisadi əməkdaşlığımızın inkişafı üçün. Bu strukturlarda iştirak NATO-dan imtina etmək demək deyil". 

Onun sözlərinə görə, Türkiyənin bu təşkilatlara üzvlüyü “əhəmiyyətli dərəcədə fərqli strukturun” qurulmasına gətirib çıxaracaq.

Türkiyə prezidenti onu da xatırladıb ki, ölkəsi 20 ildir ki, Aİ üzvlüyünü gözləyir.

TƏQVİM / ARXİV