adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Üç" - Eminquey yazır

EMİNQUEY AKİF
1117 | 2022-12-08 11:50

Atalar üçdən deyib.

Niyə üçdən deyib? 

İkidən yox, dörddən yox, üçdən. 

Baxın, məsələn, niyə üç bacı dolması? 

Məsələn, niyə keçmiş kişilər üç şeydə muğayat olmalı idilər? Arvadından, papağından, atından.

Niyə birini boşayarkən üç dəfə "boşadım" deyirlər?

Niyə bir şeydən qorxanda üç dəfə "bismillah" deyirlər?

Niyə üç badam bir qoz? 

Niyə meyvələr üç meyvə var?

Üç, yeddi, qırx? Sadalayanda üç rəqəmdir. 

Niyə səmavi dinlər üç dənədir?

Niyə bir misal çəkəndə "üç cür insan var", "üç cür sevgi var" deyib üçə köklənirik?

Məsələn, niyə Hüseyn Cavid üç dəfə "mədəniyyət" demişdi?

Niyə Lenin üç dəfə "oxumaq" demişdi? 

Niyə məktəbi üç əsas mərhələyə bölmüşük? İbtiadi, orta, ali. 

Niyə o boyda "Kurtlar Vadisi" serialını üç obrazla xatırlayırıq? Polad, Memati, Abdulhey? Güllü hara getdi? 

Yılmaz Özdilin "Üçhərfli" yazısını oxudum səhər-səhər. 

Deyir ki, baxın, Sezarın o boyda çıxışından cəmi üç söz qalıb: veni, vidi, vicci. 

O da bir çox "üçlər"i xatırlayıb.

Xülasə, o deyir ki, insanlar üçdən artığını unudur, üçdən azını isə anlamır. 

Dörd desən artırqdır, iki desən azdır. 

Yazını sevdiyim üçün istədim mən də öz əlavələrimi edim. 

Və axırda da sizə deyim ki, göydən üç alma düşdü, biri sizin, biri mənim, biri də Yılmaz Özdilin...

 

TƏQVİM / ARXİV