adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ukraynaya hərbi yardım göndərilməsini tələb edən ölkələrin səsləri çıxmır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
708 | 2023-02-06 11:02

Almaniyanın Sosial - demokrat partiyasının baş katibi Kevin Kyunert, ZDFtelekanalında çıxışı zamanı bildirib ki, dünənə qədər Ukraynaya hərbi yardımın göndərilməsini tələb edən Avrokomissiyadakı tərəfdaşları, Berlinin Ukraynaya Leopard 2 tanklarını göndərəcəyini bəyan etdikdən sonra, qəflətən susdular və Kiyevə hərbi texnikaların göndərilməsiylə bağlı üzərlərinə öhdəlik götürmək istəmirlər.

Sosial-demokratların rəhbəri bəyan edib ki, "son vaxtlar Ukraynaya tankların göndərilməsinin vacibliyindən danışan bir çox ölkələr, Kiyevə hərbi yardım göstərməyə hazır olduqlarını bildirirdilər. Lakin Almaniya Ukraynaya Leopard 2 tanklarının göndərilməsinə qərar verdikdən sonra, ortaya sükut çökdü."

Kyuntertin sözlərinə görə, kansler Olaf Şolts və müdafiə naziri Boris Pistorius, demək olar ki, hər gün Avropa İttifaqındakı həmkarları ilə, əvvəlki razılaşmalara əsasən, Ukraynada iki tank batalyonunun yaradılması məsələsi ilə bağlı danışıqlar aparırlar.

Kiyevə hərbi dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayan Kyuntert, bu məsələnin gecikdirilməsinin yaranmış böhranı daha da uzadacağını bildirib.

Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski, Telegram kanalı vasitəsiylə yayımlanan videomüraciətində, Donbassdakı vəziyəti qiymətləndirib və hazırda vəziyyətin çox çətin durumda olduğunu bildirib.

"Donbass vilayətində vəziyyət çox ağırdır, hazırda gərgin döyüşlər gedir"- deyə Ukrayna lideri bildirib.

Daha əvvəl isə, Zelenski qeyd etmişdir ki, cəbhə xəttində Rusiya ordusunun hücumları davam edir, lakin Ukraynanın hərbi qüvvələri Artyomovsk şəhərini düşmənə verməyəcək.

Bir ilə yaxın davam edən müharibə on minlərlə can alıb. Artıq itkilərin sayı sadəcə olaraq itirilib. Hər iki tərəf dayandıqları mövqeləri itirməmək üçün qanlı döyüşlər aparır...

Kimlərin maraqları üçün?

 

 

TƏQVİM / ARXİV