Van Qoq sağ olsaydı milyarder idi: "Evli qayıqlar” tablosu da 27,6 milyon dollara satıldı

124 | 2024-09-27 16:56

Hollandiyalı rəssam “Vinsent van Qoqun "Evli qayıqlar” tablosu Çinin Honq-Konq şəhərində keçirilən Christie's hərracında ekspertlərin gözlədiyi məbləğdən az - 27,6 milyon dollara satılıb.

Adalet.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, ekspertlər Siciliyalı Karlo Burbonun həyat yoldaşı Kamillaya məxsus tablonun 29,6 milyon dollardan 48,8 milyon dollara satılacağını gözləyirdilər. Nəticədə ən bahalı lot olan Vinsent van Qoqun əsəri qonorar daxil olmaqla 32,1 milyon dollara alınıb. Komisyonsuz satışın məbləği 27,6 milyon dollar olub.

 Qeyd edək ki, bu ilin martında  məşhur rəssam Vinsent Van Qoqun  1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadının portreti” tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılmışdı. Portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyon manat) çox pul ödəmişdi. 2021-ci ildə isə rəssamın 1888-ci ildə kağız üzərində akvarellə çəkdiyi "Buğda tayaları" rəsm əsəri Nyu-Yorkdakı "Christie's" hərrac evində 35,9 mln. dollara satılıb.

 2017-ci ildə isə “Hasarlı sahə və əkinçi” adlı tablosu hərracda yüksək məbləğə satılıb. “Christie” evindəki hərracda rəsm əsərinə 81, 3 milyon dollar veriblər.

 

 Əntiqə Rəşid 

TƏQVİM / ARXİV