2025-in ilk Günəş tutulması başa çatıb -YENİLƏNİB

2025-ci ilin ilk Günəş tutulması başa çatıb.
Adalet.az xəbər verir ki, tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayıb və 16:43:25-də sona çatıb.
Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.
Təbiət hadisəsi Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanın əhatə edib.
***
12:56
Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.
Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.
Digər Xəbərlər

DEYƏSƏN, PAŞİNYAN SİLOTKA YEYİB AĞILLANIB

Tək yaşamaq intihar riskini artırır

Leyla Əliyevadan maraqlı paylaşım - VİDEO

Qəbir yeri neçiyədir?
jpg-1744748367.jpg)
Evtanaziyanı ilk gerçəkləşdirən şeytan: "Ölüm həkimi" Cek Gevorqyan

Babalarımız daşı oyub yazıblar, amma biz oxumuruq

İnsan həyatı ölümdən sonra da davam edir?
