08 Yanvar 2025 11:04
919
MƏMLƏKƏT

25 nəfərə məzar olan “Krasnovodsk-Bakı” bərəsi - Dəniz terrorunun 33 ili 

Rusiya imperiyasının Qafqaza köçürdüyü ermənilər 1813-1828-ci illərdə artıq himayədarlarının Qafqaz siyasətində “çömçə” rolunda çıxış etməyə başladılar. Həmin illərdən başlayaraq Azərbaycana məxsus torpaqları zəbt etmək, insanları işğəncələrə məruz qoymaq, onları doğma yurd-yvasında perik salmaq, kütləvi şəkildə soyqırım etmək missiyasını üzərilərinə götürdülər.

Bəli, artıq bütün dünyaya məlumdur ki, tarixdə adı və yeri, dövləti olmayan erməni tayfaları hər zaman köklü xalqlara, dövlətlərə yarınmaq, onların daxilində nifaq salmaq, qarışıqlıq yaratmaqla məşğul olublar.  Amerikalı erməni yazıçısı L. Z. Sürməliyan. “Xanımlar və cənablar, müraciətim sizədir” kitabında öz xalqı haqqında bunları deyib:
“Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”.


Adalet.az xəbər verir ki, bu gün - 8 yanvar erməni terrorizminin fəaliyyət günlərindən biri kimi yaddaşlarda qalıb. Yenidən müstəqilliyini qazanmış Azərbaycana Rusiyanın dəstəyi ilə zərbə vurmağa çalışan ermənilər 25 günahsız insanın həyatına son qoyublar . Beləki, 8 yanvar 1992-ci ildə Türkmənistandan “Krasnovodsk-Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər yaralandı. Bu dəfə də Qafqaza pərçim edilmiş Ermənistan adlanan terror dövlətinin hədəfi hər zamankı kimi dinc, mülki azərbaycanlılar oldu. 

 Qeyd edək ki, Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsafə uzunluğu 306 km-dir. 1962-ci ildən istismara verilib və hazırda da işlək vəziyyətdədir.


Artıq hadisədən 33 il keçməsinə baxmayaraq nə Azərbaycan xalqı bu faciəvi hadisəni unutmur, nə də dünya bu tip iyrənc terror hadisələrinə qarşı səsini çıxarmır.
Bundan ruhlanan ermənilər isə hər fürsətdə azərbaycanlılara və türklərə qarşı ağlasığmaz planlar qurur, hər iki qardaş xalqı gözdən salmaq üçün yalanlar uydurur, təbliğ edir, həm özü inanır, həm də dünyanı inandırmağa müyəssər olur.
Bizim vəzifəmiz isə odur ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələri yaddan çıxmağa, unudulmağa imkan verməməkdir!

Unutmayın! 8 yanvar 1992-ci ilin qanlı faciəsini yaddaşınızdan silməyin!!

 Əntiqə Rəşid