29 Noyabr 2024 16:15
628
SAĞLAMLIQ

4 il əvvəl 350 filin kütləvi ölümü: Ölüm səbəbi bu gün açıqlandı

Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika fillərinin kütləvi ölümləri dünyanın diqqət mərkəzindədir.
Xatırlayırsınızsa, 2020-ci ilin iyul ayında Afrika ölkəsi olan Botsvanada son iki ayda 350-dən çox filin ölüm səbəbi müəyyən edilə bilmədi.

İngiltərədəki Milli Park Xilasetmə qrupundan BBC-yə verilən açıqlamada, fillərin yollarını itirmiş şəkildə irəliləmələri və üz üstə düşərək can vermələrinin nevroloji pozğunluq ehtimalını gücləndirdiyiortaya qoysa da, digər mütəxəssislər isə bunu iqlim dəyişkənliyi ilə əlaqələndirsə də əsas səbəb tapılmadı.

Adalet.az xəbər verir ki, fillərin ölmündə müəyyən edilməsi mümkün olmayan xəstəlik 4 ildən sonra tapılıb.
Məlumatı “"Science of the Total Environment" jurnalı yayıb. Nəşr bildirib ki, sirli şəraitdə ölən 350-dən çox fil zəhərli su içib.

Məqalədə qeyd olunub ki, İqlim böhranı zərərli yosun çiçəklərinin yetişməsinin intensivliyini və şiddətini artırır:" 2020-ci ildə həddindən artıq rütubətli il oldu. Bu şərtlər suda  çöküntünü artırdı və qida maddələrinin sürətlə çürüməsinə səbəb oldu. Buna görə, misli görünməmiş yosun artımı müşahidə olundu. İqlim dəyişdikcə, dünyanın çox hissəsinin daha quru və isti olacağı, fasilələrlə güclü yağış yağacağı proqnozlaşdırılır.

Bu qədər çox filin ölməsi çox təəssüf doğurur, lakin bu, ani, iqlim səbəbli xəstəliyin qlobal tendensiyasına işarə edir… bunun hər hansı bir heyvanda təkrarlana biləcəyinə dair inandırıcı sübutlar var. Tədqiqatçılar ümumilikdə 3000 su çuxurunu araşdırdılar və 2020-ci ildə artan siyanobakteriyaların çiçəklənməsi canlılarda yüksək şəkildə cəmləndiyi üçün ölüm anı qaçılmaz olur. Beləliklə, fillərin mavi-yaşıl yosunların və ya siyanobakteriyaların zəhərli çiçəklərini ehtiva edən sudan zəhərləndiyi təsdiq olundu. Fillərin isə  sianid bakteriyalı su çuxurlarından istifadə etməsindən başqa seçimləri yoxdur".

 Yeri gəlmişkən, elə həmin ilin sentyabrında Zimbabvedə də 34 filin kütləvi ölümü baş verdi. Bu ölkənin fillərinin də ölüm səbəbi bakterial xəstəlik idi.

 Qeyd edək ki, bu hadisədən bir il sonra -2021-ci ildə ABŞ-ın cənub-qərbində minlərlə quşun kütləvi şəkildə tələf oldu. Tədqiqarçılara görə bu, uzun müddətli aclıqdan və daha da pisləşən, ehtimal ki, iqlim böhranı ilə əlaqəli soyuq hava ilə əlaqədardır. Ümumiyyətlə yer kürəsində müxtəlif növ heyvanların kütləvi ölüm hadisələri intensivləşib.

 Əntiqə Rəşid