Roza Cəlilova dəfn edildi - YENİLƏNİB
Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Adalet.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
Qeyd edək ki, Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində keçirilib.
***
10:13
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.
Roza İsmayıl qızı Cəlilova 17 may 1929-cu ildə Quba rayonunda anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. O, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Roza Cəlilova 1989-cu ildə yaratdığı “Gülüstan” mahnı və rəqs ansamblı ilə Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub, rəqs sənətimizi layiqincə təmsil edib. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər, ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də yer tutub. Roza Cəlilovanın Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Baletmeyster 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Digər Xəbərlər
10 Dekabr 2025 16:57
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
10 Dekabr 2025 13:09
Müxlis Cənizadənin xatirə günüdür
10 Dekabr 2025 12:29
Rza Rzayev: “Elə şərtlərlə fəaliyyət göstərəcəklər ki…”
10 Dekabr 2025 09:56
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO ilə memarandum imzaladı
09 Dekabr 2025 18:40
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
09 Dekabr 2025 14:19
Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları "Hüseynova bacılarına" xərclənir?
09 Dekabr 2025 13:54
“İnsan Ruhunun Boş Lövhədən Kamilliyə Doğru Səyahəti”
08 Dekabr 2025 13:26


Bakı -°C

