ABŞ Almaniyadakı hərbi bazasını Ermənistana köçürür: Zar poliqonu

ABŞ Ermənistana hərbi texnika daşıyacağını elan edib.
Adalet.az xəbər verir ki, ABŞ yüzlərlə hərbi texnikanı Almaniyadakı bazalarından Ermənistandakı atış poliqonlarına köçürmək niyyətindədir.
Məlumatı Rusiyanın dövlət xəbər agentliyi Russia Today yayıb.
Daşımaların Gürcüstan ərazisi ilə həyata keçirilməsi planlaşdırılır.
ABŞ Hökumətinin Satınalma Portalının məlumatına görə, ABŞ-ı Ordusu Logistika Komandanlığı Almaniyanın Dülmen hərbi bazasından Ermənistanın Zar hərbi bazasına ləvazimatları köçürməyi planlaşdırır. Avqustun 7-dək davam edəcəyi gözlənilir. Nəqliyyat xidmətlərinin göstərilməsi üzrə tenderdə göstərildiyi kimi, Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. Müqavilə həmçinin Ermənistandakı Armavir təlim düşərgəsindən Gürcüstanın Poti limanına avadanlığın daşınmasını nəzərdə tutur.
Müqavilə çərçivəsində Ermənistana 8 təcili yardım maşını da daşınacaq, lakin qəzetin yazdığına görə, tenderdə bir şərt var: “diplomatik icazə ilə bağlı çətinliklər” səbəbindən avadanlıq Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən keçə bilməz.
ABŞ Ordusunun 405-ci Sahə Dəstək Briqadasının bölmələri texnikanın köçürülməsi planlaşdırılan Dülmendə yerləşdirilib. Bu briqada Almaniya, Polşa, İtaliya, Hollandiya, Belçika və başqa yerlərdə arsenal və anbar bazaları şəbəkəsini dəstəkləyən Avropa və Afrika teatrlarında Amerika qüvvələri üçün əsas logistika operatorudur.
Əntiqə Rəşid
Digər Xəbərlər

Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər? - AÇIQLAMA

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqləndi

DİN əməkdaşlarının maaşları ilə bağlı YENİ QƏRAR

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - AÇIQLAMA

"Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa hərbi xidmətə göndərilirdi" - Mnatsakanyan

"ASAN xidmət" bayram günlərində işləyəcək?

Miqrasiya Xidmətinin işçilərinin maaşlarının məbləği yeni redaksiyada təsdiqləndi
