ABŞ Polşada hərbi texnikasının bir hissəsini saxlayacaq

Polşanın Jeşuv şəhərindəki ABŞ hərbi kontingentinin istifadə etdiyi hərbi texnikanın bir hissəsi elə orada qalacaq.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “Polsat” telekanalına müsahibəsində bildirib.
"Abrams” tanklarına xidmət göstərilməsi üçün istifadə olunan avadanlıq artıq lazım deyil, çünki Kiyevə hərbi yardım göndərən dövlətlər Ukraynada texnikaya özləri xidmət göstərir", - o əlavə edib.
Nazir dəqiqləşdirib ki, Jeşuvda bir neçə yüz amerikalı hərbçi yerləşdirilmişdi, indi onlar Polşada başqa hərbi bazalara köçürüləcəklər. Siyasətçi həmçinin Polşa hakimiyyətinin ABŞ kontingentinin Jeşuvdan çıxarılması barədə əvvəlcədən məlumat verməməsinə aydınlıq gətirib.
"Biz bunu edə bilməzdik, amerikalılar bunu çox ciddi şəkildə xahiş etmişdilər", - o bildirib.
Digər Xəbərlər

Çavuşoğlunun atası vəfat etdi

ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ərdoğan: Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb
