19 Mart 2025 11:55
273
MƏDƏNİYYƏT

ABŞ səfirinin Ermənistandakı Oğuz və Alban abidələri ilə nə əlaqəsi? - 74 min dollar?

Xəbər vermişdik ki, 2 ildir - sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayandan Ermənistan höküməti qədim türk abidə, məbəd , qala və digər mədəni irsimizə aid olan tikililərdə təmir və bərpa işlərinə başlayıb. Bunun səbəbi heç də dağılmaqda olan qədim türk tikililərini - abidələrini yenidən bərpa etmək deyil, orta əsrə aid abidələrdən və daha sonra ondan da qədim olan alban abidələrindən türk , islam izlərini silməkdir.

Artıq Ermənistanın büdcəsindən bu məkrli planı həyata keçirmək üçün vəsait də ayrılıb. Təcavüzə məruz qalan abidələrimizdən biri də Loru Berd qalasıdır.

Adalet.az xəbər verir ki, Ermənistan höküməti ötən ilin yayından təmir adı ilə qədim Oğuz və Alban izlərini o cümlədən Lori Berd abidəsini erməniləşdirmək üçün çalışdığı bir məqamda ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn proseslə tanış olmağa gedib. Beləki, ABŞ səfiri hər zaman Ermənistanda yerləşən qədim Oğuz və Alban abidələrinin erməniləşməsi prosesinə diqqət yetirir. O həmin tarixi abidələri ziyarət edərək guya araşdırma edir.

Erməni mediası yazır ki, b günlərdə xanım Kristina , 11-ci əsrə aid Lori Berd qalasında idi. Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb:"Orta əsrlərə aid alınmaz qala bu gün də öz əzəmətli gözəlliyi ilə dayanır və Ermənistanın zəngin tarixi və mədəni irsini ən yaxşı şəkildə əks etdirir"- səfirliyin məlumatında deyilir.
Qeyd edək ki, səfir Kristina Quinn çıxış və açıqlamalarında dəfələrlə qeyd edib ki,biz 3 illik proqramla erməni qədim irsinin qorunmasını təşkil edəcəyik: “Bu üçillik proqram çərçivəsində zəngin tarixi və mədəni dəyərləri ilə tanınan Dağlıq Qarabağda, eləcə də Ermənistanda qədim erməni monastırlarının, qədim əlyazmaların və digər eksponatların yazılarının qorunmasına 74 min dollar ayrılıb.

Bu, ABŞ səfirliyinin Mədəni Dəyərlərin Qorunması Fondunun 15-ci proqramıdır və biz bu proqram vasitəsilə Ermənistanın unikal mədəni irsinin qorunub saxlanmasını dəstəkləyirik. Yaxın vaxtlarda yeni proqramların icrasını gözləyirik”.

 Xatırladaq ki, Qərbi Azərbaycan İcmasına məxsus westaz.org-un məlumatına görə, Loru Berd qalası XI-XII yüzilliklərdə Dağ Borçalı mahalının Kolagirən çayının sol sahilindəki, Cəlaloğlu şəhərindən Stepanavan 4 km şərqdə Loru şəhərində yerləşir. Qala Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan qaladakı məscidin iç memarlığının Şuşa Gövhərağa məscidi ilə oxşarlıq təşkil etməsi ərazidə azərbaycanlıların yaşadığını və hökmranlıq etdiyini təsdiq edir. Qarabağ bəylərbəyliyinin mahallarından biri olan Loru mahalı və onun mərkəzi olan Loru şəhəri 1236-cı ildə monqol istilası sonrası dağıdılıb və bu dağıntı nəticəsində qala da zərər görüb. XIV-XV yüzilliklərdə təmir olunsa da sonrakı dövrdə baş verən hücumlar nəticəsində yenidən dağıntıya məruz qalıb. Loru şəhəri və bölgəsi qalanın adı ilə adlandırılıb.

Azərbaycanlıların yaşadığı ərazidə müdafiə məqsədilə tikilib. Mənbələrdə Lori qalası, Ermənistanın Lori əyalətinin Lori Berd kəndi yaxınlığında yerləşən XI yüzilliyə aid erməni qalası kimi təqdim olunsa da 1065-ci ildə Taşir-Dzoraget Krallığının paytaxtı olmaq üçün "David Anhoghin tərəfindən inşa edilmişdir" kimi yazılsa da ərazidə azərbaycanlıların yaşaması faktı bunu təsdiq etmir.

 Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin araşdırmasına görə, qalanın ilkin adı Loruqala olub. 

 Erməni mediası yazır ki, Qala 35 ha ərazini əhatə edir, dəniz səviyyəsindən 1490 m hündürlükdə yerləşir.

 Əntiqə Rəşid