Alimlər ürəyin bərpasına kömək edən geni aşkarlayıblar
Adətən doğuşdan sonra deaktiv olan Siklin A2 (CCNA2) geni, ürək hüceyrələrinin bölünməsini yenidən işə sala və infarkt, eləcə də ürək çatışmazlığından sonra zədələnmələri bərpa edə bilir. Mount-Sinay xəstəxanasının alimləri bu nəticəyə gəliblər.
Adalet.az xəbər verir ki, tədqiqatın nəticələri “npj Regenerative Medicine” jurnalında dərc olunub.
Eksperimentlər zamanı alimlər müəyyən ediblər ki, CCNA2 geninin təhlükəsiz virus vektoru vasitəsilə aktivləşdirilməsi orta yaşlı yetkin insanlarda ürək əzələsi hüceyrələrinin bölünməsini stimullaşdırır. Bu, uzun müddət regenerasiya qabiliyyəti olmayan sayılan ürək hüceyrələrinin yeni funksional toxumalar formalaşdıra bilməsinin ilk sübutudur.
Eksperimentdə 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən istifadə olunub. Siklin A2 geninin tətbiq edilməsi ilə aparılan terapiya yaşlı iştirakçılarda hüceyrə bölünməsini aktivləşdirib, lakin 21 yaşlı donorun gənc ürəyinə təsir etməyib. Bu nəticə gənc ürəklərin təbii regenerativ potensialı haqqında əvvəlki məlumatlarla uyğunluq təşkil edir.
Bundan əvvəl doktor Hess Çaudrinin rəhbərlik etdiyi komanda ilk dəfə iri məməlinin (donuz) ürəyinin infarktdan sonra CCNA2 geninin yenidən aktivləşdirilməsi yolu ilə bərpası imkanını nümayiş etdirmişdi. Yeni tədqiqat həmin mexanizmin insan hüceyrələrinə də təhlükəsiz şəkildə tətbiq oluna biləcəyini təsdiqləyən əlaqələndirici halqaya çevrildi.
Tədqiqatçıların sözlərinə görə, CCNA2 geni böyümə genlərini aktivləşdirərək, ürək hüceyrələri üçün “zamanı müvəqqəti geri çəkir” ki, bu da onların yetkinliklərini itirmədən və toxumaların qalınlaşmasına səbəb olmadan bölünməsinə imkan verir. Müəlliflərin qeyd etdiyinə görə, bu yanaşma simptomların müalicə edilməsindən ürək əzələsinin birbaşa real bərpasına keçid üçün yol açır.
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

