01 Noyabr 2024 12:29
2390
HÜQUQ

Alimpaşa Məmmədovun cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsi Şəmkir rayonunun sabiq icra başçısıAlimpaşa Məmmədovla bağlı qərar verib.

Adalet.az xəbər verir ki, A.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib.

Sabiq icra başçısının həbs cəzası 10 il 6 aya endirilib.

Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il 6 ay həbs qərarı verilib.