02 May 2025 11:10
158
GÜNDƏM

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, artıq 2019–2025-ci illəri əhatə edən 1-ci dövlət proqramının icrası yekunlaşmaq üzrədir: "Hesab edirəm ki, bu proqramın icrası çox uğurla yekunlaşdırılacaq. 2-ci dövlət proqramının layihəsi isə yaxın vaxtlarda ölkə ictimaiyyətinin, sahibkarların, Milli Məclisin deputatlarının müzakirəsinə çıxarılacaq".

Bundan başqa, AQTA rəsmisi deyib ki, əlavə olaraq heyvan və bitki sağlamlığı haqqında yeni qanunlar, eləcə də bu qanunlardan da irəli gələn çoxlu sayda normativ hüquqi və texniki sənədlər hazırlanır.