Asəf Quliyev yeni filmin çəkilişlərinə hazırlaşır

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyələşdirilən layihə çərçivəsində yeni filmin çəkilişlərinə hazırlaşır.
Bu barədə “Ədalət” qəzetinə layihənin rəhbəri Asəf Quliyev məlumat verib. O filmin "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “Zəfər çağırışına hay verənlər” layihəsi çərçivəsində hazırlanacağını bildirib.
- Bu ideya hardan yarandı?
- Əslində bu filmin çəkilməsi ilə bağlı ideya yeni deyil. Bir neçə ildir ki, bu bardə düşünürdüm. Qismət belə oldu ki, bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu ideya ilə müraciət elədim və layihə bəyənildi. Layihəyə qiymət verənlərə öz təşəkkürümü bildirirəm. Məqsəd Ermənistanın Azərbaycana təcavüzünün müxtəlif mərhələlərini bir layihədə birləşdirmək idi.
- Bu hansı mərhələlərdir?
- Birinci mərhələ Ermənistanın təcavüzü və ərazilərimizin itirilməsi, İkinci mərhələ 30 ilə yaxın bir zaman insanların yaşadıqları. Və üçüncü mərhələ Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, zəfərlə sonlanan Vətən müharibəsi.
-Filmin qəhrəmanı varmı, varsa kimdir?
-Filmin qəhrəmanı “Qarabağ” futbol klubunun Azad Azarkeş Qrupu olan “İmarət”dir. Və film də Vətən müharibəsi şəhidi “İmarət”çi qardaşımız Məhəmmədəli İbrahimlinin şərəfinə “Məhəmmədəli” adalndılrılacaq.
-Yəqin ki, filmin təqdimatı da nəzərdə tutulub?
- Sözsüz ki, layihə çərçivəsində filmin Ağdamda və Bakıda təqdimatları keçiriləcək. Təqdimat vasitəsi ilə bir cəmiyyətə, xüsusən də gənclərə filmin əsas mesajını çatdırmaq istəyirik.
Digər Xəbərlər

“İstedadlılar kənarda, reklam olunanlarsa ədəbiyyatda qalacaqlar” - MÜSAHİBƏ

“Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir” - MÜSAHİBƏ

Aysel Həsənova: “Uşağın sağlam psixoloji inkişafı üçün valideynlərin...” - MÜSAHİBƏ

“Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti...” - MÜSAHİBƏ

“Laboratoriya testləri ailə planlaşdırılmasında həlledici rol oynayır” - MÜSAHİBƏ

Travmatoloq: “Ambulator travmaların düzgün müalicəsi xəstənin qısa zamanda sağalmasına şərait yaradır”

Aqil Abbas: Ağdam olmasa, nə Kəlbəcər, nə Laçın, nə də Şuşa olar - MÜSAHİBƏ
