"ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik" - PA rəsmisi

Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi:
"Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur".
H.Hacıyev əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda təzminat məsələsi yoxdur:
"Lakin Azərbaycan bütün ziyanların düzgün qiymətləndirilməsini aparıb. Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozub, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlar şəhər və kəndlərimizi tamamilə dağıdıblar. BMT metodologiyası əsasında apardığımız qiymətləndirməyə görə ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır".
Digər Xəbərlər

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Ceyhun Bayramov Saja Farooqu qəbul edib

İlham Əliyevdən 2 milyon manatlıq SƏRƏNCAM

Ceyhun Bayramov çex həmkarı ilə müzakirə apardı

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı olub
