Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü bu tarixdə istifadəyə veriləcək

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Adalet.az xəbər verir ki, Şahin Mustafayev və Fərzanə Sadiq həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.
Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.
Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.
Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.
Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.
Digər Xəbərlər

Brend addan istifadə olunur

"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişdi

Azərbaycan nefti bahalaşdı

Azərbaycanla Çin arasında imzalanmış sənədlərin detalları açıqlanıb

"Enerji effektivliyi fondunun yaradılması işləri başa çatmaqdadır" - Nazir müavini

Aprel ayında baş verən təbiət hadisələri istehsalçılara bu qədər ziyan vurub

Mərkəzi Bank inflyasiya proqnozlarını yenilədi
