Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir.
Adalet.az xəbər verir ki, müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendləri müşahidə etmək, inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında hesablanır.
Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrə göstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalı toplayıb.
İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki, 2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqla qabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb. Qeyd edək ki, ötən il də Azərbaycan qabaqcıl ölkələr sırasında idi.
Məlumat üçün bildirək ki, hesabata 93,41 xala malik Danimarka başçılıq edir.
Digər Xəbərlər

Teleqram bu ölkə üçün yenilik etdi

Türkiyə öz mesajlaşma tətbiqini təqdim edəcək

"WhatsApp"da yeni funksiya sınaqdan keçirilir

"WhatsApp"da yeni FUNKSİYA

"TikTok" Azərbaycanda 1 milyon videonu silib

Dövlət Xidməti: Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
