Azərbaycan Ordusunda döyüş atışlı təlim keçirilib - VİDEO/FOTOLAR

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyib.
Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür.
Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri və aviasiya vasitələri ilə şərti düşmənin cəmləşmiş ehtiyatları və canlı qüvvəsinə zərbələr endirilib, minalanmış ərazilərdən keçidlərin açılması təmin edilib.
Təlim zamanı helikopterlər vasitəsilə şəxsi heyət təxliyə edilib, şərti düşmən kolonu pusquya salınaraq zərərsizləşdirilib, həmçinin dayaq məntəqələri ələ keçirilib.
Qeyd edək ki, taktiki təlimin məqsədi müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Digər Xəbərlər

Şuşa şəhərində I İslam Dünyası Mədəniyyət Forumu keçirilib - YENİLƏNİB

Daha 3 itkin şəhid dəfn ediləcək

Abşeronda gənclərlə görüş keçirildi - FOTOLAR

Bu plastik cərrahların fəaliyyətinə icazə verildi - SİYAHI

"Aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir" - Emin Hüseynov

Dövlət Agentliyinin hərbçilərinin geyim forması ilə təmin edilməsi normaları təsdiqləndi

Nazirlər Kabinetinin iki Qərarı ləğv edildi
