30 Iyul 2025 09:37
196
KRİMİNAL

Azərbaycanda dəhşət - Gəlin qayınanasını qətlə yetirdi

Astarada qadın qətlə yetirilib.

Adalet.az xəbər verir ki, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1970-cı il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.