Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyənləşir
Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyən edilir.
Adalet.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.
Layihəyə əsasən, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir.
Üçüncü şəxslərə münasibətdə ekspeditor bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz adından hərəkət edir. Ekspeditorun öz adından bağladığı müqavilələr üzrə hüquq və vəzifələr ekspeditora aiddir.
Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir.
Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.\
Nicat
Digər Xəbərlər
17 Dekabr 2025 16:09
"Ataların 14 günlük məzuniyyəti maddi rifah üçündür" - Şöbə müdiri
17 Dekabr 2025 15:48
Bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilib? - RƏSMİ CAVAB
16 Dekabr 2025 19:41
FHN-in yaranmasının 20 illiyi qeyd olundu - VİDEO + FOTOLAR
16 Dekabr 2025 19:22
Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 14:23
“Toy mərasimlərimiz bütün sifətləri ilə biabırçılıqdır...” - Sosioloq
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56


Bakı -°C

