Azərbaycanda problemli kreditlərin həcmi açıqlandı

2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.
Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.23 faiz bəndi azalaraq 1.62% təşkil edib.
Digər Xəbərlər

Çin və Azərbaycan elektron kommersiya sahəsində əməkdaşlığı genişləndirir - Səfir

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

"Bu, həm Azərbaycan, həm də İran üçün tarixi hadisə olacaq" - İqtisadçı

Brend addan istifadə olunur

"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişdi

Azərbaycan nefti bahalaşdı

Azərbaycanla Çin arasında imzalanmış sənədlərin detalları açıqlanıb
