Azərbaycanda vəkillərin sayı açıqlandı

"Bugünkü tədbirdə vəkilliyə namizəd olan daha 77 nəfər andiçmə mərasimində iştirak edərək kollegiyaya üzv qəbul olunacaqlar".
Adalet.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən deyib.
O bildirib ki, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2 min 777-yə çatacaq. Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır:
"Onlardan 7-i regionlarda, 70-i paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfər olacaq”.
Digər Xəbərlər

Fikrət Cəfərli həbs edildi

Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub

Məhkəmələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

Baş Prokuror bu idarəyə yeni rəis təyin etdi

Kamran Əliyevdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Kamran Əliyev: Yekaterinburq işi ilə bağlı faktlar Rusiya İstintaq Komitəsinə təqdim edilib

"İki gün meşədə qalandan sonra Ağdama gedə bildik" - Zərərçəkmiş
