“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

“Azərsun Holdinq” uzun müddətdir ki, təhsilə dəstək sahəsində bir sıra layihələr həyata keçirir.
Adalet.az xəbər verir ki, bunlardan biri də gələcək, potensiallı kadrların yetişdirilməsi üçün nəzərdə tutulan “GələcəkSƏN”dir. Layihə çərçivəsində karyerasında güclü başlanğıc etmək istəyən 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli yay təcrübə proqramı təşkil ediləcək.
Müraciət etmək istəyənlərin CV-lərini 15 May tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri tələb olunur. Mövzu hissəsinə isə müraciət etmək istədikləri sahəni, misal üçün “Marketinq təcrübəsi üçün müraciət” yazılması mütləqdir.
Gələcək sənin əlindədir, bu yay sən də “GələcəkSƏN” ilə parlamaq üçün doğru yolda addımla!
Qeyd edək ki, “Azərsun Holdinq” bir müddət əvvəl də təhsilə dəstək missiyası çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetin 20 magistr tələbəsinin yataqxana xərcini ödəyib.
Digər Xəbərlər

Babalarımız daşı oyub yazıblar, amma biz oxumuruq

İnsan həyatı ölümdən sonra da davam edir?

Qəzadan 14 il əvvəlki "Titan" öncəgörməsi: Batan "Titanik” gəmisi - 113 il

ABŞ CİA-sı:"UNO-lar 35 il öncə sovet əsgərlərini daşa çevirib öldürdülər"

Xanımını təbrik etmək üçün buz üstünə çıxdı - VİDEO

70 yaşlı qadın övladlığa götürdüyü qızı meymunla dəyişib

Bill Qeyts superyaxtasını rekord qiymətə satışa çıxardı
