Bakıda 109 yaşlı qadın evində ölü tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Adalet.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
04 Dekabr 2024 18:22
Bakının bu rayonlarında qaz olmayacaq
04 Dekabr 2024 13:26Bakıda DƏHŞƏT: İt sahibini parçalayıb öldürdü
04 Dekabr 2024 13:02Naxçıvanda şura sədri intihar etdi
04 Dekabr 2024 12:21Sumqayıtdakı partlayışda xəsarət alanların son durumu
04 Dekabr 2024 11:42