19 Mart 2025 11:17
191
KRİMİNAL

Bakıda oğurluq edən şəxs tutuldu

Abşeron və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Adaet.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu ərazisində 3 şəxsə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 30200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 34 yaşlı S.Qarayev və 31 yaşlı R.Sayılov müəyyən olunaraq saxlanılıblar.