Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti başa çatır
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sabah başa çatır.
Adalet.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər.
Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Digər Xəbərlər
09 Yanvar 2025 17:05
Azərbaycan XİN Paşinyana cavab verdi
09 Yanvar 2025 16:43İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verdi
09 Yanvar 2025 12:59BMT İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yayıb
09 Yanvar 2025 11:53Bölgəmizdəki yeni reallığın miqyası regional sərhədləri aşır
09 Yanvar 2025 09:10