Bəzi çaylarda sululuq artıb
Azərbaycanda 26 noyabr saat 9:00-a olan məlumata əsasən yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçayda suyun səviyyəsində 20 sm, Təngərüdçayda 11, Lənkərançayda 9, Şərətükçayda 4 sm artıb olub.
Bildirilib ki, Böyük Qafqazın ərazisindən axan Katexçayda və Qarasuçayda 3, Əyriçayda və Qudiyalçayda 2, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda və Gəncəçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Quruçayda 16, Tərtərçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində isə 6 sm artm qeydə alınıb.
Digər Xəbərlər
04 Dekabr 2024 13:07
Evinin çıxarışı olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
04 Dekabr 2024 12:31Yağış yağacaq, duman olacaq - SABAHIN HAVASI
04 Dekabr 2024 10:58Biz öz tariximizə qayıdırıq! - VİDEO
03 Dekabr 2024 18:42159 nömrəli marşrutla bağlı QƏRAR
03 Dekabr 2024 13:56