21 Aprel 2025 11:29
608
MƏMLƏKƏT

Bəzi çaylarda sululuq artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avtomat hidroloji stansiyaların aprelin 21-i saat 11:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Oxçuçay-Bürünlüdə 7 sm, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm, Kür-Salyanda 10 sm, Kür-Bankədə 5 sm artıb.