Bir gündə vətəndaşların 87 min manatını taladılar

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir.
DİN-dən Adalet.az-a bildirilib ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
Digər Xəbərlər

""Humanitar dəhliz əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi" - Şahidlər danışdı

Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf etdi

Kartlardan 32 min manat oğurlandı

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Marketlərdən 54 min dəyərində naqil oğurlayanlar tutuldu

Vətəndaşların kartlarından daha 13 818 manat oğurlandı

Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
