“Biz bu məhkəmənin qərarlarını tanımırıq” - İlham Əliyev

“Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur”.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrıseçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrıseçkilik halı idi”, - dövlət başçısı bildirib.
Digər Xəbərlər

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB

Prezidentdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

İlham Əliyev bu sənədi təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Bu günün və gələcəyin strateji xəritəsi

İlham Əliyev Çin səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO
