Brüsseldə beynəlxalq konfrans keçiriləcək

6-7 mart tarixlərində Belçikanın paytaxtı Brüsseldə ‘’2025-ci il İslam dünyası Belçika Krallığı və Avropada’’ adı altında beynəlxalq konfrans keçiriləcək.
Konfrans ISESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılğı ilə baş tutur. Konfransın tərəfdaşları ECDA- Avropa Geostrateji Elmlər və Araşdırmalar Mərkəzi və EDARA – Avropa İnkişaf və Araşdırma Akadmeiyasıdır. Konfransda Azərbaycanı Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorub Rəvan Həsənov, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər rəsmi şəxslər daxildir. ‘’2025-ci il İslam dünyası Belçika Krallığı və Avropada’’ təşəbbüsü ISESCO-ya məxsusdur.
Məqsəd Avropada müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında İslam dünyası vasitəsilə ən yaxşı körpülərin qurulması, dialoqun təşviq edilməsi ilə beynəlxalq münasibətlər sistemində müşahidə edilən geosiyasi gərginliyin azaldılmasına töhfələr verməkdir. Qeyd edək, bu unikal təşəbbüsə müxtəlif vacib təşkilatların nümayəndələri, akademiklər, siyasi xadimlər, dini lidelər gənclər və qadın fəallar qoşulublar.
Digər Xəbərlər

“2025-ci il İslam dünyası Belçika Krallığı və Avropada” adlı beynəlxalq konfrans başladı - FOTOLAR

Baş nazirdən QƏRAR - müddət uzadıldı

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Ali Məhkəmə piyadanı vurub hadisə yerindən qaçanlarla bağlı qərar verdi

Pasportda "artsax" əvəzinə "Azərbaycan" adına qəzəblənən ermənilər

Bir direktor müəllimlərə "qaraçı - dilənçi" deyir, o birisi "hinduşqabaş"...

İşxan Verdiyan Əliyevdən imdad dilədi:"Siyasi sığınacaq istəyirəm"
