Bu gün Qənirə Paşayevanın doğum günüdür-50

Bu gün mərhum millət vəkili, Parlamentin Milli Mədəniyyət Komitəsinin Sədri olmuş, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini təmsil etmiş, Qənirə Paşayevanın doğum günüdür.
Adalet.az xatırladır ki, Qənirə xanım 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.
28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.
29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Subay idi. Firuzə adlı mənəvi qızı var idi.
Digər Xəbərlər

Yağıntılı və küləkli hava şəraiti davam edir, bir sıra ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bayram namazının vaxtı açıqlandı

Toyunda özünə şəhidlik arzulayan və arzusuna çatan igidimiz: Pəncəli Teymurov

Bu rayonlara qar yağıb

Leyla və Arzu Əliyevalar açılışda iştirak ediblər - FOTOLAR

Yağıntılı hava şəraiti davam edir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA

Bakıda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
