Bu il kolleclərdə 17 nəfər işdən çıxarılıb
Bu il 30-a yaxın orta ixtisas təhsili müəssisəsində (kollec) monitorinqlər keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, monitorinqlər zamanı kolleclərdə tədris prosesinin təşkilində, eləcə də idarəetmədə müəyyən edilən nöqsanlar nəticəsində bir sıra kolleclərin rəhbər şəxsləri barədə müvafiq intizam tənbeh tədbirləri görülüb, 9 direktor və 8 direktor müavini ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib.
Bundan başqa, təqvim ilində 9 əlavə təhsil müəssisəsinə baxış keçirilib, onlardan 3-ü barədə müsbət, 4-ü barədə mənfi qərar qəbul edilib. 2 müəssisənin isə sənədləri hazırda baxılma mərhələsindədir.
Digər Xəbərlər
07 Yanvar 2025 12:12
Magistraturanın sınaq imtahanına qeydiyyat müddəti uzadıldı
29 Dekabr 2024 13:43Bu il paytaxtda neçə şagirdin yerdəyişməsi aparılıb?
28 Dekabr 2024 16:51Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
28 Dekabr 2024 12:48Doktorantura səviyyəsi üzrə xaricdə təhsil kvotası 500 nəfər müəyyənləşib
26 Dekabr 2024 16:46